RU

Bakı konqres mərkəzində pop-muğam festivalı keçirilib

14 sentyabr Bakı Konqres Mərkəzində “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirilib. 
“CAVAN” Gənclər hərəkatı İctimai Birliyi və “Azerbaijan Cosplay Festivals”ın təşkil etdiyi festival bölgədə pop-mədəniyyətinin əsas mərhələsinə çevrilib və maraqlı məzmunu ilə iştirakçılara unudulmaz anlar yaşadıb.

Unikal platformaya çevrilən festivalda yerli və beynəlxalq kospley təmsilçiləri qonaq qismində iştirak ediblər. Hall-da isə iştirakçılar FIFA, Valorant, Mortal Kombat və digər məşhur oyunlarda qüvvələrini sınayıblar.

Layihədə dünyaca məşhur qonaqlar, o cümlədən, Ross Mullan - aktyor (Böyük Britaniya), Paskal Ferrara - rəssam (İtaliya), Melodi Kızılgün - kospley yarışmasının, beynəlxalq münsifi (Türkiyə) və digər şəxslər iştirak edib. Kospley və Kpop münsifləri olaraq Yeqor Anisimov, Ayzada Seitibayeva, Aygün Hüseynova, Rusudan Kaviladze, Emiliya Knyazyeva da layihədə qonaq qismində iştirak edib və layihə iştirakçılarının suallarını da cavablandırıblar. 

CAVAN Gənclər Hərəkatı İB-nin direktoru Ənvər İsmayılzadənin verdiyi məlumata görə minlərlə ziyarətçinin maraq göstərdiyi bu festival iştirakçılarda xoş təəssüratlar yaradıb. Bu tip layihələrə daha çox gənclər maraq göstərsə də, iştirakçılar arasında müxtəlif yaş kateqoriyalarından şəxslər olduğu bildirilib.

Избранный
14
2
herbiand.az

7Источники