RU

“Penalti verəndə qırmızı vərəqə verməzlər” Elmar Baxşıyev

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Araz-Naxçıvan” “Qarabağ”a məğlub olub - 0:5. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Elmar Baxşıyev jurnalistlərin suallarını cavablayıb. - Ağır məğlubiyyət oldu. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Epizodlarımız da oldu. “Qarabağ”a qarşı da oynamaq çətindi. - Qırmızı vərəqəyə görə daha çox Slaviki qınayırsız, yoxsa hakimi? - Qınanılası epizod deyil. Əliyarın qərarı ağır idi. Penalti verirsən, qırmızı verirsen. Penalti var idi, amma penalti verəndə qırmızı vərəqə verməzlər. - Avram 4 oyunda 25 top buraxıb. Qapıçı axtarmaq fikriniz var? - Statistikaya baxırsız, amma komanda şəklində səhvlər edirik. Oyuna yaxşı başlasaq da, “qırmızıdan” sonra oyun ritmindən düşdük. - Maçadonun durumu nə yerdədi? - Mən də tez qayıtmağını istəyirəm. Ümid edirəm tez zamanda qayıdar. - Zədəsi nədi? - Dizinin arxa hissəsi. - Nə vaxt olub? - Təlim-məşq toplanışında. MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники