
“İordan çayının qərbində Fələstin dövləti qurulmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətçiliyinin tanınması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Fələstin dövləti olmayacaq. İordan çayının qərbində Fələstin dövləti olmayacaq. 7 oktyabr qırğınından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz”, - Netanyahu bildirib.