RU

İşlənmiş avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər arta bilər – SƏBƏB

İşlənmiş avtomobillərin qiymətlərində 2-3 min manat artım proqnozlaşdırılır.

Elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Bu müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur.

Yenisabah.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərə tətbiq olunan güzəştlərin bitəcəyi, elektrikli avtomobillərdə isə davam edəcəyi gözlənilir. Sezar pizza

Eyyub Əliyev bildirib ki, sözügedən avtomobillərə tətbiq edilən güzəşt davam edərsə, ikinci əl avtomobillərin satışı olduqca çətinləşəcək. Bu isə hibrid və elektromobillərin satışını kəskin artıracaq.

Eyyub Əliyev qeyd edib ki, hazırda qərarın necə olacağı tam bilinmədiyindən, tərəddüddə qalan potensial alıcılar da kifayət qədərdir. Bu isə avtomobil bazarında durğunluq yaradır.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:


Telegram kanalımız
Избранный
31
14
yenisabah.az

10Источники