RU

Paraüzgüçümüz dünya çempionu oldu

Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən Paraüzgüçülük üzrə Dünya çempionatının ilk günündə qızıl medal qazanıb.

Azreform.info ” xəbər verir ki, o, 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə göstərib.

Dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.

Избранный
33
20
azreform.info

10Источники