RU

Karlos Sayns “Villiams”la ilk podiumunu Bakıda qazandı

31 yaşlı pilot Karlos Sayns Formula 1 üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutaraq “Villiams”la ilk podiumunu qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə həm də Britaniya təmsilçisi üçün son dörd ildə ilk podium olub.

Qeyd edək ki, ispan pilotçu bu uğura “Ferrari”dən “Villiams”a keçidindən sonra çatıb. Maraqlıdır ki, onu “Ferrari”də əvəz edən yeddiqat dünya çempionu Lyuis Hemilton isə hələ əsas yarışlarda podiuma yüksələ bilməyib. Britaniyalının aktivində yalnız Şanxaydakı sprint qələbəsi var.

Yarışdan sonra emosiyalarını bölüşən Sayns pit-briqadaya belə müraciət edib:

“Vamos! Vamos! Karyeramın ən yaxşı podiumudur, uşaqlar! Siz təsəvvür belə edə bilməzsiniz, bu qələbənin dadı nə qədər şirindir! Hər birinizə böyük təşəkkür edirəm”.

Избранный
27
90deqiqe.az

1Источники