RU

Dərəyə aşan Naxçıvan-Bakı avtobusunda sərnişinlər sığortalanıb?VİDEO

''Bir çox daşıyıcı şirkət nəqliyyat vasitəsini sığorta etdirsə də, sərnişinləri sığortalamaqda o qədər də maraqlı deyillər''.

Bunu ''Xəzər Xəbər''ə müsahibəsində sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib. Ötən gün Naxçıvanda avtobusun dərəyə aşması və 15 sərnişinin xəsarət alması ilə nəticələnən hadisə yenidən sərnişinlərin sığortalanması məsələsini gündəmə gətirib.

Ekspert hesab edir ki, xüsusən də şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən şirkətlər bu məsələdə daha ciddi olmalıdırlar.

Bəs avtomobili icbari sığorta etdirən, amma sərnişinləri düşünməyən şirkətlərlə bağlı qanun nə deyir? Onlarla bağlı hər hansı bir cərimə və cəza növü varmı?.

Xatırldaq ki, yol nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsinin sığortası 5 min manat maddi zərərə görə, 50 min manat isə sağlamlığa dəymiş zərərə görə ödəyir.

Ekspert onu da əlavə etdi ki, bəzən ictimai nəqliyyatda xəsarət alan şəxslərin sayı çox olduqda sığortanın ayırdığı limit bəs etmir. Buna görə də sərnişinlərin fərdi qəza sığortası vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
13
xezerxeber.az

1Источники