RU

 Varşavada səs-küylü etiraz – Polşanı Ukrayna müharibəsinə cəlb etməyə qarşı çıxdılar

Varşavanın mərkəzində yüzlərlə insan hökumətin Ukraynaya hərbi dəstəyinə etiraz edib.

Musavat.com xəbər verir ki, Polşanın paytaxtında “Xarici müharibələrə polyakların göndərilməsinə yox!” şüarı ilə böyük yürüş keçirilib. Aksiyanın təşkilatçısı “Polşa Tacının Konfederasiyası” partiyası olub.

Roman Dmovski meydanında toplaşan etirazçılar milli bayraqlar qaldıraraq hakimiyyəti sərt tənqid ediblər. Onlar Polşanın Ukraynaya silah və hərbi yardım göstərməsinə dərhal son qoyulmasını tələb ediblər.

Nümayişçilər hökuməti ölkəni xarici münaqişəyə sürükləməkdə günahlandıraraq “Polşa öz müharibəsini aparmır, biz yad savaşın qurbanı olmayacağıq” – mesajını veriblər.

Musavat.com

Избранный
11
musavat.com

1Источники