RU

Maks Verstappen Bakıda ikinci dəfə Azərbaycan Qran-prisinin qalibi oldu

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisi yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Verstappen olub.

Niderlandlı sürücü bununla da paytaxt Bakıdakı ikinci qələbəsini qazanıb. Ferstappen daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində birinci yeri tutmuşdu.

Bu dəfə podiumun ikinci pilləsinə “Mercedes”dən Corc Rassell, üçüncü yerə isə “Williams” komandasından Karlos Sayns yüksəlib.

Rassellin komanda yoldaşı Andre Kimi Antonelli yarışı dördüncü, “Racing Bulls”dan Liam Louson isə beşinci yerdə başa vurub.

Избранный
29
90deqiqe.az

1Источники