RU

“Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışdılar”

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının V turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra təşkil olunan mətbuat konfransında Elmar Baxşıyev görüşü şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis matç barədə bunları deyib:

“Ağır oyun alındı. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışdılar. Hətta epizodlar da yaratdıq. Meydanda azlıqda qaldıqdan sonra “Qarabağ”a qarşı mübarizə aparmaq çətin olur. Ağır məğlubiyyəti unudub qarşıdakı oyuna hazırlaşmaq lazımdır.

Penalti epizodu ilə razıyam, var idi, amma eyni zamanda komandanı azlıqda qoymaq ağır qərar idi.

Məğlubiyyətimizin səbəbi Avram deyil. Komanda şəklində çox səhvlər etdik. Qırmızı vərəqədən sonra isə sanki ritmdən düşdük.

Maçado bizim üçün önəmli futbolçudur. Biz də onun tezliklə sıralarımıza qoşulmasını istəyirik. Fərdi məşqlərə başlasa da, kollektivlə birgə hazırlıq keçmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
idmanxeber.az

2Источники