RU

“Qərb artıq nümunə deyil” – Orban

“Qərb artıq nümunə deyil. Bunu etiraf etmək və daha yaxşı yol tutmaq üçün cəsarətimiz olmalıdır”.

Busaat.az  xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı uğursuz siyasətlər, miqrasiya və zorakılıqdan əziyyət çəkərək uçurumun astanasındadır.

Orban sosial mediada yazıb: “Qərbin artıq nümunə olmadığını etiraf etmək və daha yaxşı bir yol olduğunu göstərmək üçün intellektual, siyasi və şəxsi cəsarət lazımdır”.

Macarıstanın Baş naziri vurğulayıb ki, Budapeştin prioritetləri miqrantsız, ailə dəyərləri və işləmək istəyənlərə imkanların təmin olunmayan ölkədir. Sentyabrın 7-də Orban bildirmişdi ki, Avropa İttifaqı dağılma vəziyyətindədir və mövcud tendensiyalar davam edərsə, növbəti yeddi illik büdcə Aİ tarixində sonuncu ola bilər.

Yeganə

Избранный
46
busaat.az

1Источники