RU

Bu dövlətin yaradılması bizə təhlükədir Netanyahu

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Fələstin dövlətinin yaradılması İsrailin mövcudluğunu təhdid edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu vurğulayıb ki, Fələstini dövlət kimi dəstəkləyən ölkələr əslində HƏMAS-ın İsrailə qarşı terror aktlarını təşviq etmiş olur.

“Biz həm BMT-də, həm də digər beynəlxalq forumlarda mövcudluğumuza təhlükə yaradan, saxta təbliğat xarakteri daşıyan və terrorizmi mükafatlandıran Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparacağıq”, – deyə baş nazir bildirib.

Netanyahu əlavə edib ki, yaxın günlərdə İsrail dünya liderlərinin konfransında bu çağırışlara rəsmi cavab verəcək. O, həmçinin ABŞ prezidenti Donald Trampla görüşəcəyini və bir sıra mühüm məsələləri müzakirə edəcəyini açıqlayıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
globalinfo.az

1Источники