RU

Azərbaycanla bağlı bu xəbər SAXTADIR

Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.

Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Modern.az xəbər verir ki, tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.

2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.

 

Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

 

Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

 

Qeyd edək ki, Türkiyənin Akit televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb. (Mənbə: Apa)

Избранный
10
27
modern.az

10Источники