"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb.
O, daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.
"Mercedes"dən Corc Rassell ikinci, Uilyams"dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutub, "Reysinq Bulls"dan Liam Louson "beşliy"i tamamlayıb.