...Rusiya gərginliyi artırmağa qərar verərsə, ABŞ Polşanı müdafiə etməyə kömək edəcək.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ prezidenti Donald Trampın mətbuata verdiyi bəyanata istinadən məlumat yayıb.Jurnalistlər Trampdan Rusiya diktatoru Vladimir Putinin gərginliyi davam etdirəcəyi təqdirdə ABŞ-ın Polşa və Baltikyanı ölkələri (Latviya, Litva və Estoniya) müdafiə edib-etməyəcəyini soruşublar.
...Mən bunu edəcəyəm!
Bunu Amerika prezidenti deyib.
Həmçinin, Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı son hadisəni şərh edən Tramp bir daha “bunu bəyənmirik”,- deyib.
Əli Babayev