RU

Gədəbəydə bacı və qardaşı maşın vurdu

Gədəbəyədə bacı və qardaşı maşın vurub.

Axar.az-ın Unikal-a istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan minik maşını 2015-ci il təvəllüdlü V.Qəhrəmanlını və onun bacısı 2016-cı il təvəllüdlü G.Qəhrəmanlını vurub. Bacı-qardaş dərhal xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Избранный
45
1
axar.az

7Источники