Təbii ki, ağlı başında olan hər kəs mütəxəssisin nə demək istədiyini anlayır. Biz bu qalmaqalla bağlı “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun fikrini öyrəndik:
“O tribunaya yaxınlaşanda uşaqlara sakit durmağı tapşırdıq, düşünürdük ki, halallaşmağa gəlir. O anda artıq-əskik hərəkətlər gördük. Əlbəttə, söyüş söyən adam, yəqin ki, cavabı da olacağını əvvəlcədən düşünmüşdü. Gedəcəyini nəzərə alıb, rəhbərliyə nəsə demədik. Hər il belə dönəmdə ortaya eyni sual çıxıb və heç vaxt kimin gətiriləcəyinə qarışmamışıq. İndiyə kimi verilən qərarlar düzgün olub, gələn baş məşqçi komandanı liqada saxlamağı bacarıb. İnanmaq istəyirik ki, yenə də rəhbərlik düzgün qərar verəcək”.
MÜZƏFFƏR QULUZADƏ