ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elitanın debütantı “Karvan-Yevlax”ın stadionu premyer-liqanın standartlarına uyğun olmadığı üçün təmirə bağlanıb, ot örtüyünün yenilənməsi və başqa işlər görülür.Sentyabrın 16-da Peşəkar Futbol Liqasının nümayəndələri stadionu təftiş etdi. Son durumu qurumun Media və marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”a çatdırdı:
“Bir sıra işlər görülüb, amma tamamlanası işlər də var. Ot örtüyü tam təmir olunmayıb. Bu hazır olmadığına görə FİFA dərəcəsi ala bilmir. Ölkədəki bütün süni örtüklərin dərəcəsi var. Stadionla bağlı da çatışmazlıqlar var. Bu barədə kluba rəsmi məktub göndərilib. Nə vaxt hazır olar? Bunu demək hələ ki mümkün deyil. Biz qeydlərimizi aparıb kluba bildirmişik. Media sektoru, hakimlərin, oyunçularım yeri, meydança və s. ilə bağlı çatışmayan məqamlar var. Bundan sonrakı məsuliyyət klubun üzərində qalır. Nə vaxt hazır olsa, bizə müraciət edirlər ki, “xahiş edirik, bir daha təftiş edin, nəzərdən keçirin”. Buna görə kluba vaxt qoya bilmərik”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.