Ajans.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, İsrailin Livandakı Hizbullaha qarşı qazandığı qələbələr şimal qonşuları ilə mümkün sülh üçün yeni imkanlar yaradıb: “Bu müzakirələr, eləcə də Livanla təmaslar, şimal cəbhəsində və digər sahələrdə əldə etdiyimiz qəti qələbələr olmasaydı, mümkün olmazdı”.