RU

Venesuela prezidentinin “YouTube” kanalı bloklandı

Venesuela prezidenti Nikolas Maduronun 233 min abunəçisi olan “YouTube” kanalı məşhur video paylaşma platformasından itib.

Busaat.az  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Venesuela hökuməti hələlik məsələyə münasibət bildirməyib, lakin “Telesur” telekanalı hesabın cümə günü bloklandığını bildirib.

Telesur saytında deyilir: “YouTube kanalı ABŞ-ın Venesuelaya qarşı hibrid müharibə əməliyyatlarını tam şəkildə həyata keçirdiyi bir vaxtda heç bir əsas olmadan bağlanıb. Hesabın bağlanmasının siyasi motivi təsdiqlənməsə də, bunu istisna etmək olmaz”.

Yeganə

Избранный
6
busaat.az

1Источники