RU

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələrzamanı humanitar böhranların və qlobal xarakterli texnogenfəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarınınqarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransıniştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışımünasibətilə təbrik edir və hər birinizi səmimi-qəlbdənsalamlayıram.

Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonundabeynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacibrolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirənBakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsbedir.

Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərinmüəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarınınaraşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir.Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylıxüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrəekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıdatoplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasınınbariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyəçıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlərözünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların başverməsi humanitar böhranlara, texnogen qəzalara, ekolojifəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidəmünaqişələrin alovlanması, terrorçu təşkilatların yenidənfəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur.Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzəqoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmillimütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi,qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqaziddəməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddinarahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərininhəlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isəölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bubaxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regionaltəhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktivfikir mübadiləsinin aparılması üçün faydalı platformayaçevrilməsini görməkdən məmnunluq duyuruq.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündənetibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinidaim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnızdialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycanyerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təminedilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsashədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə vəpraqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır.Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyətgələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha damöhkəmlənməsinə təkan verəcəkdir.

Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də VaşinqtondaABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında BirgəBəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzunmüddət davam edən münaqişəyə son qoyulması və sülh sazişininimzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. CənubiQafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçündeyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeniəməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasındavə həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsihəlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəliolacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr dahatəhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələrverəcəkdir.

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər iltəşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlıAzərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələrtərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraqötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun TəşkilatKomitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiqtədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıqəsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəligələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlarForumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır.Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasınıöz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyiniverməyə davam edəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinəuğurlar arzulayıram".

Избранный
7
49
az.trend.az

10Источники