Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
Publika.az-ın məlumatına görə, əsas yarışda bütün rəqiblərini qabaqlayan "Red Bull" pilotu Maks Ferstappenə kubok təqdim olunub.
Qeyd edək ki, niderlandlı sürücü ikinci dəfə Bakı trekində qələbə sevinci yaşayıb. O, 2022-ci ildə də Azərbaycan Qran-prisinin qalibi olub.