RU

Maltada Müstəqillik Günü qeyd edilir

Maltada

Cənubi Avropada mikrodövlət olan Maltada müstəqilliyin 61-ci ildönümü qeyd edilir. Maltanın müstəqillik tarixinə və bugünkü ictimai-siyasi mənzərəsinə qısaca nəzər salır.Aralıq dənizində yerləşən Malta mikrodövlətdir. İtaliyanın cənubdakı həmin ada əsrlər boyu buranı istila etmiş müxtəlif xalqların və millətlərin təsiri altında formalaşıb. Ölkə 1800-cü ildən başlayaraq Böyük Britaniyanın müstəmləkəsi olub. Malta 1964-cü il sentyabrın 21-də qəbul edilən Müstəqillik Qanununa əsasən müstəqillik qazanıb. Həmin il Konstitusiyanın təsdiqlənməsindən sonra keçirilən referendumda seçicilərin 54,5 faizi müstəqilliyə səs verib. Bununla da Malta müstəqil dövlət olub. 1974-cü ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra monarxiya ləğv edilib.Əhalisinin sayı 400 min nəfərdən çox olan adanın 96 faizini yerlilər, yəni, maltalılar təşkil edir. Ölkənin iki rəsmi dili var - Malta dili və ingilis dili. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir və əhalinin 96 faizi Roma Katolik Kilsəsinə bağlıdır. Malta iqtisadi çətinliklərdən əziyyət çəkməyən ölkədir. Adambaşına düşən ÜDM 21 min avro təşkil edir və Avropa İttifaqının orta göstəricisinin 88 faizinə bərabərdir. Ölkə 2004-cü ildən Avropa İttifaqının üzvüdür.Malta üç adadan ibarətdir: Malta, Qozo və Komino. Valletta isə həm ərazisinin sahəsinə, həm də əhalisinin sayına görə Avropada ən kiçik paytaxt şəhəridir. Bura həm də Maltanın ən müasir və inkişaf etmiş şəhəri sayılır. UNESCO Vallettanın mədəni əhəmiyyətini nəzərə alaraq 1980-ci ildə şəhəri Dünya Mədəni İrs Siyahısına daxil edib.Azərbaycan–Malta münasibətləriÖlkəmiz ilə Malta arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci il yanvarın 9-da qurulub. Bu il Azərbaycan və Malta arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir.Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Malta parlamentində də Azərbaycan üzrə dostluq qrupu mövcuddur. Azərbaycan və Malta arasında indiyədək 5 sənəd imzalanıb, 4 sənəd layihəsi baxılmaqdadır. İmzalanmış sənədlər neft və qaz sektoru, həmçinin gənclər və idman sahəsində əməkdaşlığı, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasını, Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələri əhatə edir.Ulusumm.az AZƏRTAC xəbər xidmətinə istinadla bildirir ki, 2014-cü il fevralın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Valletta şəhərində “Dünyaya uşaqların gözü ilə” adlı sərgi təşkil olunub. R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Şəhid Nicat Nəzərlinin ailəsi onu qürurla yad edir

Избранный
9
2
ulusum.az

3Источники