RU

Avstraliya və Kanada Fələstinin müstəqilliyini tanıyıb

Avstraliya və Kanada rəsmi olaraq Fələstin dövlətini tanıyıblar.

Operativ Media xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer də eyni bəyanatla çıxış edəcək.

ABŞ Prezidenti Donald Trampın administrasiyası bu addıma qarşı çıxıb, İsrail də qərarı kəskin tənqid edib.

Qeyd edək ki, Fransa, Böyük Britaniya, Portuqaliya, Kanada, Avstraliya və Belçika da daxil olmaqla bir sıra Qərb ölkələri yay ərzində Fələstini tanıyacaqlarını bildirmişdilər.

Избранный
4
operativmedia.az

1Источники