RU

Fələstini tanımaq planı ilə razı deyiləm - Tramp

Böyük Britaniyanın Fələstini tanımaq planı ilə razı deyiləm və bu mövzuda baş nazirlə (Britaniya Baş naziri Keir Starmer – red.) fikir ayrılığı yaşayırıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu məsələdə baş nazir ilə fikir ayrılığımız var. Əslində, bu bizim azsaylı fikir ayrılıqlarımızdan biridir”, - Tramp bildirib.

ABŞ prezidenti HƏMAS tərəfindən girov saxlanılan insanların azad olunmasının prioritet olduğunu vurğulayıb:

“Girovlar dərhal geri qaytarılmalıdır. İsrail xalqı da bunu istəyir”.

Избранный
20
2
axar.az

3Источники