Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

Offsideplus.az xəbər verir ki, ötən gün poulu əldə edən "Red Bull"un pilotu Maks Ferstappen yarışda da rəqiblərinə şans verməyib.

Yarışın ən sürətli dövrəsini də edən M. Ferstappen beləliklə, Bakıda het-trik edib.

2-ci yeri "Mersedes" pilotu Corc Rassell tutub.

Podiumu Karlos Sayns tamamlayıb. O, "Uilyams" karyerasında ilk dəfə podiuma çıxmağı bacarıb.

Çempionatın lideri olan "Maklaren" pilotu Oskar Piastri ilk dövrədən sonra bariyerlərə girərək yarışdan kənar qalıb.

Onun komanda yoldaşı və ən yaxın rəqibi olan Lando Norris isə 7-ci yerlə kifayətlənməli olub.

"Ferrari" pilotları Lyuis Hemilton və Şarl Lekler müvafiq olaraq 8 və 9-cu yerlərdə yarışı başa vurublar.

Qeyd edək ki, bununla da Formula 1 Azərbaycan Qran-prisi başa çatıb.