RU

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.

"Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə nəşr yazır.

Daha əvvəl KİV Böyük Britaniyanın bazar günü, Nyu-Yorkda Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.

Nəşr qeyd edir ki, Avstraliyanın bu addımı ABŞ-nin etirazlarına baxmayaraq, atılır.

"Biz onlara bunun məqsədəuyğun olmadığını dedik", - məqalədə qeyd olunur.

Избранный
3
8
ikisahil.az

9Источники