RU

Şimpanzelərin hər gün spirtli içki qəbul etdiyi AŞKARLANDI: bu necə mümkündür?

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yetkin şimpanzelərin gündə təxminən 14 qram saf etanol istehlak etdiyi aşkar edilib.

Kaliforniya alimləri aşkar ediblər ki, təbii mühitdəki şimpanzelər müntəzəm olaraq fermentləşdirilmiş meyvələrdə olan etanolun əhəmiyyətli dozalarını istehlak edirlər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Berklidəki Kaliforniya Universitetinin araşdırmaçılarına görə, Uqanda və Fil Dişi Sahilində şimpanzelər üçün mövcud olan meyvələrin spirt tərkibinin ilk dəfə ölçülməsi, bu heyvanların gündə iki standart spirtli içkiyə ekvivalent ola biləcəyini göstərir.

Araşdırmanın baş müəllif Aleksey Maronun izah etdiyi kimi, çəkisi təxminən 40 kiloqram olan yetkin şimpanzelər gündə təxminən 14 qram saf etanol istehlak edirlər ki, bu da Amerika sistemində bir standart içkiyə və ya Avropa sistemində demək olar ki, iki içkiyə bərabərdir - 10 qram. Bu, 0,33 litrlik bir şüşə pivə ilə eyni miqdarda spirtdir.

Ümumiyyətlə, şimpanzelər gündə təxminən 4,5 kiloqram meyvə istehlak edirlər ki, bu da onların rasionunun təxminən 75 faizini təşkil edir. 21 növ meyvədə orta etanol miqdarı 0,31-0,32 faiz təşkil edir.

Bu meyvələrin ən çox yayılmışı Nqoqoda Ficus musuco ənciri və Taidə Parinari excelsa meyvəsidir. Bu primatlar öz ərazilərini patrul etməyə getməzdən əvvəl tez-tez bu meyvələri olan ağaclara toplaşırlar.

Alimlərin sözlərinə görə, heyvanlarda heç bir sərxoşluq əlaməti olmur, çünki təsirini yaşamaq üçün bu meyvələrdən çox böyük miqdarda istehlak etməlidirlər. Bununla birlikdə, az miqdarda alkoqolun davamlı qəbulu, ortaq əcdadlarımızın da hər gün fermentləşdirilmiş meyvələrdən istifadə etdiyini göstərir.

Öz növbəsində, araşdırmann baş müəllifi, professor Robert Dadli, 20 il əvvəl, insanın alkoqol istəklərinin təkamül köklərinə sahib olduğu "Sərxoş meymun fərziyyəsini" irəli sürüb.

Yeni araşdırmalar da bu fikri dəstəkləyir və gələcək kəşflər üçün zəmin yaradır.

Araşdırmaçıların fikrincə, spirtin qoxusu və dadı heyvanlara kalorilərlə zəngin, yetişmiş meyvələr tapmağa və qruplar arasında sosial qarşılıqlı əlaqəni asanlaşdırmağa kömək edə bilər. Bu, insanların spirt istehlakının daha dərin təkamül səbəblərini də ortaya qoya bilər.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
lent.az

2Источники