RU

Türkiyənin müxalifət partiyası CHP də qurultay keçirilib, Özgür Özel yenidən sədr seçilib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin müxalifət partiyası CHP-də qurultay keçirilib.

APA “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Qurultay Ankarada keçirilib.

CHP rəhbəri Özgür Özel yenidən sədr seçilib. Qurultay hələ işini davam etdirir. Tədbirdə başqan seçimi üçün səsvermə prosesi başa çatıb.

Buna görə, CHP tarixinin 60-cı qurultayında qeydiyyatdan keçmiş 1127 nümayəndədən 917-si səs verib. Seçkilərdə 835 səs etibarlı, 82 səs isə etibarsız sayılıb. Bu nəticəyə əsasən, Özgür Özel son 2 ildə 3-cü dəfə lider seçilmiş olub.

Qurultay Partiya Məclisi və Yüksək İntizam Qurulu üzvlərinin seçimi ilə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
3
apa.az

4Источники