RU

Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı

Bakı. Trend:

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar AirwaysAzərbaycan Qran Prisi 2025-in rəsmi açılış mərasimi AzərbaycanRespublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu.

Trend xəbər verirki, bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalqartisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatındasəsləndirildi.

Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrənglibayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu.Açılışda həmçinin milli simvolumuz – səkkizguşəli ulduz danümayişin bir hissəsi kimi təqdim edildi.

Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən“Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri” elan olunub,2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıyadaxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərliirs nümunələrindən biri kimi dünyada tanındığını bir dahatəsdiqləyir.

Milli musiqi irsimizi və mədəniyyətimizi əks etdirən buunudulmaz an Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-infinal yarışına rəsmi start verdi.

Избранный
11
6
az.trend.az

8Источники