RU

Netanyahu Misiri hədəf aldı İsrail lideri cəbhəni böyüdür

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasına müraciət edərək Misirin Sinay yarımadasında hərbi gücünü artırmasının qarşısını almağı tələb edib. İsrail hakimiyyətinin fikrincə, bu proses 1979-cu il sülh müqaviləsinin pozulması deməkdir. Ekspertlər hesab edir ki, bu məsələ həm İsrail-Misir münasibətlərində, həm də regiondakı güc balansında yeni gərginliklərə yol aça bilər.

Netanyahunun mövqeyi 1979-cu il İsrail-Misir sülh müqaviləsinin davamlılığına hansı təsirləri yarada bilər? İsrailin narahatlığının əsas səbəbi real təhlükəsizlik riski, yoxsa ABŞ-ı öz regional prioritetlərinə daha çox cəlb etmək istəyidir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Netanyahunun ABŞ-a məlum müraciəti regionda yeni siyasi müzakirələrə yol açıb:

“Bu yanaşma ilk növbədə 1979-cu ildə imzalanmış İsrail-Misir sülh müqaviləsinin gələcəyi ilə bağlı suallar doğurur. Həmin müqaviləyə əsasən, Sinay bölgəsində Misirin hərbi mövcudluğu ciddi şəkildə məhdudlaşdırılmış, İsrailin təhlükəsizlik narahatlıqlarının qarşılanması təmin edilmişdi. Əgər Misir bu balansı dəyişməyə cəhd edərsə, müqavilənin ruhu və onun uzunmüddətli davamlılığı zərbə ala bilər”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, İsrailin narahatlığı müxtəlif səbəblərə bağlıdır:

“Bir tərəfdən İsrail real təhlükəsizlik risklərinin yarana biləcəyini düşünür, çünki Sinay həm strateji, həm də coğrafi baxımdan ölkənin sərhədinə çox yaxındır. Digər tərəfdən, bu mövqe Vaşinqtonu daha çox prosesə cəlb etmək, ABŞ-ın bölgədəki mövqelərini İsrailin maraqları ilə üst-üstə salmaq cəhdi kimi də görünür. Bu addım vasitəsilə Netanyahu həm Misirin hərbi təşəbbüslərinin qarşısını almaq, həm də Vaşinqtonun İsrailə dəstəyini gücləndirmək istəyir. Nəticə etibarilə, məsələ təkcə ikitərəfli münasibətlərin yox, həm də bütövlükdə regiondakı güc balansının gələcək istiqamətlərini müəyyən edə biləcək mühüm faktor kimi qiymətləndirilə bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
globalinfo.az

2Источники