RU

Futbol cameəsində Adnan Əhmədzadənin sağ əli kimdir?



Son günlər adı mətbuatdan düşməyən Adnan Əhmədzadə haqda çox yazılıb. Səbail Rayon Məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Bəs onun “Kəpəz”lə nə əlaqəsi?

“Kəpəz” Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri Adil Vəliyev futbol ictimaiyyətində Adnan Əhmədzadənin sağ əli, yaxın adamı kimi tanınır. Vəliyev Gəncə təmsilçisinə gəldiyi gündən səriştəsizliyi, yararsız transferləri ilə yadda qalıb. Belə olmasaydı, tarixi komanda keçirdiyi 5 oyunun hamısında uduzub, sonuncu sırada qərarlaşmazdı.
Vəliyev 2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyib, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəni bu postda əvəzləyib və 2023-cü ilin sonunacan bu vəzifədə qalıb. Müxtəlif ölkələrdə biznesi olan iş adamıdı.

Adnan Əhmədzadənin aqibəti bəlli, Adil Vəliyevin isə gördüyü işin nəticəsi ortadadı.

Kim bilir, yarıtmaz idarəçiliyə, “Kəpəz”in niyə qapazaltı komandaya çevrilməsinə görə hansısa araşdırma, yoxlama aparılacaqmı?

Dövlətin komanda üçün ayırdığı 2,5 milyon manatın hara, necə xərcləndiyini bilmək maraqlı olardı...

Matc.az
Избранный
21
1
newscenter.az

2Источники