Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Operativ Media-nın məlumatına görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Himni xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova səsləndiriblər.
Mərasimdə rəsmi şəxslər də iştirak ediblər.
Açılışdan sonra Formula 1-də əsas yarışa start veriləcək.