RU

Hakim olmaq istəyənlər imtahan verdi

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.Metbuat.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 355 nəfərdən 2 nəfər imtahana gəlməyib. 160 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Избранный
15
14
metbuat.az

10Источники