Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-yə səfərə yollanıb.
Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.
Məlumata görə, M.Kavelaşvili sentyabrın 26-dək davam edəcək səfər çərçivəsində BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında çıxış edəcək.
Onun yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılıb.
Gürcüstan Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşlə də görüş keçirəcək.