RU

Azərbaycan komandasından 7-ci legioner transferi

"Şəki" basketbol klubu növbəti transferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Bölgə təmsilçisi amerikalı Kenard Riçardsonu heyətinə cəlb edib. 23 yaşlı basketbolçu ilk legioner karyerasını ölkəmizdə keçirəcək. 1.95 metr boya malik idmançı qard mövqeyində çıxış edir.

Qeyd edək ki, bu, "Şəki"nin cari mövsüm üçün 7-ci legioner transferi olub.

Избранный
9
1
fanat.az

2Источники