Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəİsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq,meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunmasıüçün müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət YanğındanMühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlbolunub.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsindəvətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz TibbiYardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.