RU

"Nike" və "Spotify" gənc qızlar üçün əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nike” və “Spotify”ın birgə kampaniyası qızların hətta mahnı oxuyarkən belə hərəkət etmələrini təmin etməklə onların fiziki və psixi sağlamlığını dəstəkləmək məqsədi daşıyır.

Banco.azxəbər verir ki, hərəkət yalnız bədən sağlamlığı üçün deyil, həm də özünəinam, sevinc və birlik hissi üçün vacibdir. Lakin gənc qızlar çox vaxt sosial təzyiqlər, mühakimə qorxusu və yüksək gözləntilərlə üzləşirlər. Ümumdünya Səhiyyə Təşkilatının 2024 məlumatına görə, gənc qızların 85%-i tövsiyə olunan hərəkət qaydalarına əməl etmir.

Bu mənzərə fonunda "Spotify" və "Nike" gəncləri hərəkətə təşviq etmək üçün birləşib. Birləşmiş Krallıqda sınaqdan keçirilən və uğurlu nəticə verən “Make Moves” kampaniyası artıq Avropa, Orta Şərq, Afrika və ABŞ-da həyata keçirilir.

Kampaniya sadə ideyaya əsaslanır: qızları gündəlik həyatlarında ən azı bir mahnı müddətində hərəkətə təşviq etmək. "Spotify"ın EQUAL mərkəzində yaradılan xüsusi pleylist azad və şən hərəkət mədəniyyətini dəstəkləyir.

Pilot layihənin nəticələri diqqətçəkicidir: iştirakçı 700-dən çox gənc qızda özünəinam 20%, müntəzəm fiziki aktivlik 40% artıb, narahatlıq səviyyəsi isə 19% azalıb.

Qlobal miqyaslı təşəbbüslə "Spotify" və "Nike" həm fiziki, həm də psixoloji sağlamlığı dəstəkləyir. Onlar eyni zamanda "Rare Impact Fund" vasitəsilə gənclərin psixi sağlamlıq imkanlarını genişləndirməyi hədəfləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
5
1
banco.az

2Источники