RU

ABŞ-da yaşayan alban: "Bu, "Qarabağ" üçün yeni eradır, onlar Azərbaycan futbolunun tarixidir"

"Qarabağ" "Benfika"ya qalib gəlib. Nə deyə bilərəm? "Qarabağ" üçün tarixi nailiyyətdir. Onlar bir pillə irəliyə addım atdı. Bu, yeni eradır. Biz də əvvəl Çempionlar Liqasında oynamışdıq. Amma orada cəmi 2 xal qazanmışdıq, qələbə əldə edə bilməmişdik. Bu isə yeni tarixdir. "Qarabağ" rəhbərliyini, azarkeşlərini, məşqçilər korpusunu, futbolçuları təbrik edirəm. Ümid edirəm ki, yeni qələbələr qazanacaqlar. Biz daha çox qələbələr görəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın heyətində 10 ilə yaxın futbol oynamış ansi Aqolli deyib.

2010-2019-cu illərdə Ağdam klubunun üzvü olmuş, hazırda isə ABŞ-da yaşayan alban “Qarabağ”ın Azərbaycan futbolu üçün etdiklərindən də danışıb:

"Çox söz deməyə ehtiyac yoxdur. "Qarabağ" Azərbaycan futbolunun tarixidir, tarix yazan komandadır. Onlar Azərbaycan futboluna uğur qazandırmaq üçün hər şeyi edirlər. Çox danışmağa ehtiyac yoxdur. Hər şey göz önündədir. Bu cür nailiyyətlər Azərbaycan futbolunu daha da yuxarılara aparır".

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının ilk turunda səfərdə "Benfika"ya 3:2 qalib gəlmişdi.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
10
1
sportal.az

2Источники