RU

4 gün ardıcıl iş olmayacaq - Tarixlər

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq.

Turkustan.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir.

Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir.

Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq. /metbuat.az/

Избранный
3
24
turkustan.az

10Источники