Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun formasını geydiyi "Daejon" öz meydanında "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Anton bu matçda start heyətində oyuna çıxıb və sona qədər meydanda olub.
Xallarını 48-ə yüksəldən "Daejon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта