RU

Xocalıda evə ildırım düşüb

Xocalıda

Ötən gecə Xocalı rayonunun Şuşakənd kəndində bir evə ildırım düşüb.

Reyting.az
APA-ya istinadla bildirir ki, nəticədə evin 600 kvadratlıq çardağının 400 kvadratı yanıb.

Yanğın baş verən əraziyə yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Избранный
11
1
reyting.az

6Источники