1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampla aparacağı danışıqların mövzularından biri də "F-35" qırıcıları olacaq.
Oxu.Az bildirir ki, "Haber Global" telekanalının mövzuya dair süjetində "F-35" layihəsindən çıxarılmış Türkiyənin sözügedən qırıcıları yenidən əldə etmək imkanı müzakirə edilib.
İstefada olan briqada generalı Esat Arslan xatırladıb ki, Türkiyə 2019-cu ilədək "F-35" layihəsinin tərəfdaşı olub.
O, "F-35" qırıcılarının özəlliklərindən danışaraq bildirib ki, bu təyyarələr silahlarını açıq şəkildə deyil, qapalı şəkildə, içəridə daşıyırlar.
Arslan həmçinin vurğulayıb ki, "F-35"lər müəyyən mərkəzdən idarə edilirlər:
"Yəni pilot qırıcıya oturan zaman Vaşinqtondan kod gəlmədiyi müddət ərzində onu idarə edə bilməz".
Ekspert "F-35" qırıcılarının ən böyük özəlliyinin isə radarlarda görünməməsinin olduğunu söyləyib.
Daha ətraflı süjetdə: