RU

Putin Paşinyana məktub göndərib: NƏ YAZIB?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana müstəqilliyin 34-cü ildönümü münasibətilə təbrik məktubu göndərib.

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təbrikində deyilir:

“Hörmətli Nikol Vovayeviç!

Milli bayramınız – Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.

Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələri üzərində qurulub. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı xalqlarımızın mənafelərinə tam cavab verir.

Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Rusiyanın Baş naziri Mixail Mişustinin təbrik məktubunda isə deyilir:

“Hörmətli Nikol Vovayeviç!

Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Ermənistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Əminəm ki, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində yeni perspektivli təşəbbüslərin təşviqinə və inteqrasiyanın dərinləşməsinə yönəlmiş praktiki əməkdaşlığın genişləndirilməsi Rusiya Federasiyasının və Ermənistan Respublikasının maraqlarına tam cavab verir.

Hörmətli Nikol Vovayeviç, Sizə möhkəm cansağlığı və firavanlıq, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
cebheinfo.az

2Источники