Sentyabrın 21-nə keçən gecə Ukraynanın Çerniqov vilayətində Rusiyanın PUA hücumundan sonra baş verən yanğını söndürməyə gələn xilasedicilərə qarşı tərəf təkrar zərbə endirib.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, iki xilasedici xəstəxanaya yerləşdirilib. Nejin rayonunda rus qoşunları gecə saatlarında kritik infrastruktur obyektinə hücum ediblər. Dron zərbəsindən sonra yanğın başlayıb və xilasedicilər dərhal hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlər artıq iş başında olarkən düşmən ikinci zərbəni endirib. Atəş nəticəsində iki xilasedici yaralanıb.
Hər iki yaralı yanğınsöndürən hospitala yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.