Formula 1 Azərbaycan Qran-prisi bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, əsas yarış Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Yarışa ən öndən Maks Ferstappen başlayacaq. O, ötən gün baş tutan kvalifikasiyada poulu qazanmağl bacarıb.
2-ci yerdən Karlos Sayns, 3-cü yerdən Liam Louson start götürəcək.
"Maklaren" pilotları Lando Norris 7, Oskar Piastri isə 9-cu yerdən yarışa start verəcək.
Qeyd edək ki, çempionata O. Piastri başçılıq edir. O, komanda yoldaşı Norrisdən 31 xal öndədir.