RU

Goranboydakı dəhşətli qətlin təfərrüatları məlum oldu YENİLƏNİB (FOTO)

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda baş verən dəhşətli qətlə dair bəzi məqamlar üzə çıxıb.

"Unikal"ın  məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Qətli törədən Maşallah Əliyevin anası Bülbül Əliyeva bildirib ki, oğlu zəhmətkeş insan olub:

“Oğlum gəlinimin başqa şəxslərlə yazışmalarını tutub. Bundan sonra onu atasının evinə göndərdi. 1-2 ay orada qaldı. Gəlinimin ata evi Ağstafanın Köçüəsgər kəndindədir. Oğlum həyat yoldaşına heç vaxt ağır söz demirdi. Amma sonradan məlum oldu ki, başqa şəxslərlə əlaqəsi varmış. O müddətdə gəlinim tez-tez oğluma zəng edib barışmaq istədiyini deyirdi. Oğlum da çətin şəraitdə üç övlad böyüdürdü”.

Bülbül Əliyevanın sözlərinə görə, ötən gecə qızın xalası gəlinini gətirərək barışmalarını istəyib:

“Biz toyda idik. Birdən zəng gəldi ki, tez evə gəl. Evə çatanda gördüm ki, hadisə baş verib. Oğlum dedi ki, ana, bu gecə balalarının xətrinə barışdım. Amma sonra yenə başqa şəxslərlə yazışdığını gördüm. Oğlum namusuna sığışdırmayaraq həyat yoldaşını bıçaqlayıb”.

Qeyd edək ki, Maşallah Əliyevlə qətlə yetirilən İlhamə Tağıyevanın evlilikdən iki oğlu və bir qızı var. Hadisə baş verən anlarda uşaqlar nənələri ilə birlikdə toyda olublar.

XXX

20 sentyabr, 18:27

Goranboy rayonunda qətl hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib. 

Qadının qətlə yetirməkdə onun həyat yoldaşı M.Əliyev şübhəli bilinir. 

O, polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib. 

Xatırladaq ki, bu gün Goranboyda daha bir qadın əri tərəfindən bıçaqlanmışdı. 

Tural Əhmədov 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
unikal.az

1Источники