RU

Rus təyyarəsini kim vuracaq? Türkiyə isə 15 saniyəyə... - Rişu

ABŞ-ın Avropadan çəkilməsi NATO-nu zəiflətdi. Rusiya Prezidenti Vladimir Putin isə NATO-nu sınamağa və üzv ölkələrin reaksiyasını cəzasız provokasiyalarla yoxlamağa davam edəcək.

Turkustan.az xəbər verir ki, bunu Fransa generalı, hərbi strategiya üzrə ekspert Nikola Rişu bildirib.

O qeyd edib ki, NATO bir koalisiyadır. Eyni zamanda müdaxilə lazım gələndə yekdillik tələb olunur və Putin bunu yaxşı bilir:

“Vladimir Putinin qərar qəbul etməkdə birliyi var, çünki bütün qərarları təkbaşına o verir, buna görə də daha sürətli hərəkət edir. Çünki koalisiya – bu, həmişə müzakirədir, qərara gəlmək daha çətindir. Bu halda rus təyyarəsini vurmaq qərarını kim qəbul edəcək?”

General xatırladıb ki, 2015-ci ildə Türkiyə onun hava məkanını cəmi 15 saniyə pozan rus Su-24 təyyarəsini vurmuşdu:

“Mən çox atlantistəm və gördüklərimdən tamamilə sarsılmışam. ABŞ-a artıq etibar edə bilmədiyimiz andan etibarən avropalıların cəsarəti göz önündə zəifləyir. Yalnız Fransa qalır, bəlkə də Böyük Britaniya. Buna görə də NATO ölkələrinin koalisiyası əslində mövcud deyil. Rusiya isə davam edəcək”. /axar.az/

Избранный
14
3
turkustan.az

4Источники