RU

Britaniya qırıcıları Polşa səmasında patrul etməyə başladı...-"Rusiya qırıcıları vurulmalıdır!.."

Britaniya qırıcıları Polşa səmasında patrul etməyə başlayıb.
 
Britaniya qırıcıları Polşanın hava məkanını qorumaq üçün NATO-nun "Şərq Mühafizəsi" missiyası çərçivəsində ilk döyüş əməliyyatlarını həyata keçirərək Polşa səmasında patrul etməyə başlayıb.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, Britaniya hökumətinin saytında yayılan açıqlamaya görə, missiya bu ay Rusiyanın pilotsuz təyyarələrinin hücumundan sonra Qərb alyansının müdafiəsini gücləndirmək məqsədi daşıyır.
 
Kral Hərbi Hava Qüvvələrinə məxsus iki "Typhoon" qırıcı təyyarəsi və pilotsuz təyyarələr Rusiya hava təhdidlərinin qarşısını almaq və müdafiə etmək üçün cümə günü axşam İngiltərənin şərqindəki Britaniya hərbi bazasından havaya qalxıb. Onlar Polşa səmasında patrul edərək  şənbə günü səhər tezdən Böyük Britaniyaya dönüblər. 
 
Britaniya hökuməti bunun Rusiya prezidenti Putinin Ukraynada qeyri-qanuni, genişmiqyaslı müharibənin başlamasından bəri NATO hava məkanını “ən əhəmiyyətli şəkildə pozmasına” cavab olduğunu bildirib.
 
Bu missiya “aydın mesaj göndərir: NATO hava məkanı müdafiə olunacaq”, - müdafiə naziri Con Hili bildirib.
 
Rusiyanın NATO üçün təhlükəsi...
 
Son həftələr Rusiya NATO-ya qarşı təxribatlara başlayıb. Əvvəlcə Rusiya pilotsuz təyyarələri Polşanın hava məkanını pozub, bu yaxınlarda isə üç rus qırıcısı Estoniya hava məkanına daxil olaraq orada ümumilikdə 12 dəqiqə keçirib.
 
Çexiya prezidenti Petr Pavel bəyan edib ki, NATO Rusiyanın bu cür təxribatlarına sərt cavab verməlidir. Xüsusilə, belə vəziyyətlərdə o, Rusiya təyyarələrini vurmağı da təklif edib.
 
S.Laçın
Избранный
18
moderator.az

1Источники