RU

Kelloq: "Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir"

ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, Kit Kelloq bildirib ki, Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Kelloq bu fikirləri lord Maykl Eşkroftla müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin bu addımı atsa, sonradan hərbi əməliyyatları bərpa etməsi çətin olacaq.

O əlavə edib ki, şəxsi mövqeyinə görə ən yaxşı variant atəşkəsdir, lakin Donald Tramp sülh sazişi əldə etmək istəyir.

“Putin hələlik bunu istəmir. O düşünür ki, hərbi yolla qələbə qazana bilər, mən isə belə hesab etmirəm”, – deyə Kelloq vurğulayıb.

"Cebheinfo.az" 

Избранный
9
4
cebheinfo.az

5Источники